Bank Of Baku

Novruz bayramı ilə əlaqədar Azərbaycan daxilində bütün avtomobil və dəmir yolu reyslərinə gediş haqları xeyli artırılıb

Novruz bayramı ilə əlaqədar Azərbaycan daxilində bütün avtomobil və dəmir yolu reyslərinə gediş haqları xeyli artırılıb
# 17 mart 2009 12:51 (UTC +04:00)
«APA-Economics»in müşahidələri zamanı məlum olub ki, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalda ölkədaxili marşrutlar üzrə xəttə buraxılmış avtobuslar sərnişinlərin daşınması üçün kifayət etmir. Bu səbəbdən də avtovağzalda sərnişin sıxlığı yaranıb, bəzi rayonlara hərəkət edən kiçik və orta tutumlu avtobuslarda isə gediş haqları süni şəkildə 50-70% bahalaşdırılıb. Məsələn, adi günlərdə Tovuz rayonuna biletin qiyməti 6 manat olduğu halda, bayramla əlaqədar gediş haqqı 10 manata qaldırılıb. Vağzalın kassalarında bilet olmadığına görə, sərnişinlər gediş haqqını avtobusların sürücülərinə və şişirdilmiş məbləğdə ödəmək məcburiyyətində qalıblar.

Analoji vəziyyət Bakı Dəmir Yolu Vağzalında da yaranıb. Vağzalın kassaları qarşısında sıxlığın yaranmasına baxmayaraq, sərnişinlərə martın 18-dən 23-dək bütün istiqamətlər üzrə biletlərin tamamilə satıldığı bildirilir. Əlavə vaqonlara biletlər isə vaqonlar qoşulan gün satışa çıxarılacaq.

Nəqliyyat nazirinin müavini Musa Pənahov «APA-Economics»ə açıqlamasında bayram günləri sərnişin daşınmasında problemlərin yaranmaması üçün müvafiq qurumlara tapşırıqların verildiyini bildirib. Nəqliyyat Nazirliyi dəmir yolu vağzalında və avtovağzalda yaranmış sərnişin sıxlığı barədə də məlumatlıdır. Nazir müavini bunun aradan qaldırılması üçün xəttə yeni avtobusların buraxılacağını, dəmir yolunda isə yerli qatarlara əlavə vaqonların qoşulacağını vurğulayıb.

«Əvvəlcədən müəyyən edilmiş gediş haqlarının artırılması qeyri-qanunidir. Bu cür hallara yol verənlər barəsində tədbirlər görüləcək», - deyə M.Pənahov əlavə edib.

Nazir müavini bayram günləri həm avtonəqliyyat, həm də dəmir yolu nəqliyyatının gücləndirilmiş rejimdə işləyəcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR