Bank Of Baku

Mobil internet-qurğularının satışı kəskin artacaq

Mobil internet-qurğularının satışı kəskin artacaq
# 17 mart 2009 13:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «iSuppli» tədqiqat təşkilatanının analitikləri 2007-2012-ci illər ərzində mobil internet-qurğuları (MİQ) satışının 8 dəfə artacağını proqnozlaşdırırlar. «APA-Economics»in məlumatına görə, ekspertlər MİQ kateqoriyasına smartfon, media-pleyer və hətta elektron kitabları oxumaq üçün qurğular aid edilir.
Dünya üzrə 2012-ci ilədək iki il öncəki 53,8 mln-a qarşı 416 mln. bu cür qurğu satılacaq, satışın orta illik artım tempi isə 51% təşkil edəcək.
Analitiklərin sözlərinə görə, 2008-ci ildə heç də bütün smartfonlar MİQ kateqoriyasına aid olmayıb, bu kateqoriyaya təkcə onların 60%-i aid edilib. Smartfonların hamısı 3G-ni dəstəkləmir və bu səbəbdən də onların az hissəsi WLAN-ı dəstəkləyir. Proqnozlara görə, 2012-ci ilədək mobil internet-qurğularına istisnasız hər bir smartfon aid olacaq və onlar MİQ bazarında üstünlük təşkil edəcək. MİQ sinfinə həm də oyun əlavələrinin 3%-i, portativ naviqatorların 1%-dən az hissəsi və bəzi media-pleyerlər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR