Bank Of Baku

Naxçıvan-Moskva aviareyslərinin sayı azaldılıb

Naxçıvan-Moskva aviareyslərinin sayı azaldılıb
# 17 mart 2009 13:44 (UTC +04:00)
Naxçıvan. C.Qurbanoğlu – APA. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Naxçıvan-Moskva-Naxçıvan marşrutu ilə sərnişin aviareyslərinin sayını azaldıb. Naxçıvan Beynəlxalq Hava Limanından APA-nın yerli bürosuna verilən məlumata görə, buna səbəb sərnişinlərin sözügedən reyslərdən az istifadə etməsidir.
Limandan bildirilib ki, əgər əvvəllər Naxçıvan-Moskva və əks istiqamətdə uçuşlar həftədə iki dəfə - II və V günlər həyata keçirilirdisə, hazırda bu marşrutla aviareys hər həftənin VII günü saat 15:00-da yerinə yetirilir.
Naxçıvan-Moskva sərnişin aviareysinə biletin qiyməti 310 manat təşkil edir.
Qeyd edək ki, AZAL hazırda həftənin II və V günləri Naxçıvan-İstanbul-Naxçıvan marşrutu ilə də aviareyslər də həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR