Bank Of Baku

Azərbaycanın İKT sektorunda istehsal və xidmətlərin həcmi yanvar-fevral aylarında 0,1% artıb

Azərbaycanın İKT sektorunda istehsal və xidmətlərin həcmi yanvar-fevral aylarında 0,1% artıb
# 17 mart 2009 14:08 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın İKT sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunmuş məhsul və göstərilən xidmətlərin həcmi 2009-cu ilin yanvar-fevral aylarında 0,1% artaraq faktiki qiymətlərlə 126,5 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötürücü cihazların istehsalında 40,8%, səsi və təsviri qəbul etmək, yazmaq və göstərmək üçün cihaz istehsalında 3,7 dəfə, elektrik-məişət malları və radio-televiziya aparatlarının topdan satışında 2,7 dəfə, elektrik rabitəsində 1,5%, kompüterlərin, kompüter periferiya avadanlıqlarının topdan satışı və proqram təminatında 36%, hesablama texnikası və qurğu vasitələri üzrə məsləhətlərdə 18,5%, məlumatların işlənməsində 16,2% artım müşahidə olunub. Bununla yanaşı, elektron-hesablama maşınları və informasiyanı işləmək üçün sair avadanlıqların istehsalında 82%, izolə edilmiş məftil və kabellərin istehsalında 33,2%, nəzarət-ölçü cihazlarının istehsalında 30,2%, məlumat bazaları ilə əlaqədar fəaliyyətdə 79,1%, hesablama texnikası ilə bağlı sair fəaliyyətdə 45,1%, proqram təminatının nəşrində isə 3,6% azalma müşahidə olunub.
Bu ilin yanvar ayında İKT sektorunda çalışanların orta aylıq əmək haqları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,6% artaraq 450,9 manat olub. Bu sahədə çalışan işçilərin 72,3%-i telekommunikasiya sektorunun payına düşür və onların sayı son bir ildə 10,6% artaraq 20,7 min nəfərə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR