Bank Of Baku

Tiflisdə “Qara dəniz beynəlxalq əlaqə” layihəsinin təqdimatı keçirilib

Tiflisdə “Qara dəniz beynəlxalq əlaqə” layihəsinin təqdimatı keçirilib
# 17 mart 2009 15:12 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tflisdə BSİ (Blask Sea İnterconnection - “Qara dəniz beynəlxalq əlaqə”) layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də iştirak edib. Orta və Şərqi Avropa üzrə akademik birləşmə şəbəkəsinin baş katibi Yaçek Qayevski APA-nın Gürcüstan bürosuna bildirib ki, layihənin məqsədi Cənubi Qafqaz regionunun tədqiqat və təhsil şəbəkələri arasında beynəlxalq şəbəkə infrastrukturu qurmaq və bu qurumu Avropa tədqiqat mərkəzinə birləşdirməkdir. 1.861.908 avro dəyərində olan layihənin büdcəsinin 1.400.000 avrosu (80%) Avropa Komissiyası tərəfindən, qalan 20%-i isə layihənin iştirakçıları - Azərbaycan, Gürcüstan və Ermənistan tərəfindən ödəniləcək. Layihənin müddəti 24 aydır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR