Azərbaycan paytaxtının təkrar mənzil bazarında passivlik iki illik maksimuma çatıb
Ay ərzində ümumi təklif portfelində köhnə mənzillərin payı yanvar ayına nisbətən xeyli azalıb. Köhnə mənzillərdən fərqli olaraq ümumi təklif üzrə artım müşahidə olunub. Təklifin artmasına əsasən bazara yeni tikililərin daxil olması səbəb olub. Belə ki, yeni tikililərin təkrar bazardakı payı yanvarla müqayisədə 4,4% artıb.
Köhnə tikililər üzrə demək olar ki, bütün layihələrdə təklif üzrə azalma qeydə alınıb. Nəticədə, təkrar bazarda yeni tikililərin ümumi təklif portfelindəki payı yanvar ayında olduğu kimi 60% olub.
Bazarda təklif 3% artıb və satışa təklif olunan mənzillərin sayı 4 856-ya çatıb. Ay ərzində paytaxtın bütün rayonları üzrə orta qiymət azalması baş verib. Bazarda mənzillərin 1 kv. m-nin orta qiymətindən (1 321 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 61,3%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2,47 (artım 0,5%), hər otağın orta satış qiyməti 52 321 ABŞ dolları (artım 2,8%), mənzilin orta qiyməti isə 125 234 (artım 0,4%) ABŞ dolları təşkil edib.
Aparılan araşdırmalar göstərir ki, 2009-cu ilin ötən iki ayı ərzində bazarın bu seqmenti üzrə qeydə alınan passivlik son iki ildə ən yüksək həddə çatıb. Əmlakın bu növü üzrə likvid dəyər azalıb, risk dərəcəsi isə artıb. Bu səbəbdən təkrar bazar üzrə ekspozisiya müddəti daha 4 gün artaraq 111 günə çatıb. Ekspozisiya müddətinin artması əmlakın gəlirlik əmsalında da müşahidə olunub (-2,9%). Buna baxmayaraq, əmlakın gəlirlik müddətində artım müşahidə olnub (3%).
Aparılan araşdırmalardan məlum olub ki, təkrar bazarda şəhər üzrə mənzillərin qiymət indeksində də ötən aydan fərqli olaraq azalma baş verib. Bazara təqdim olunan «yeni tiklilər»in təklif portfelində xüsusi çəkisi yenə də artmaqda davam edib. Bu dəyişiklik ilkin bazarda aktivliyin azalması, paralel olaraq yeni tikililərin təkrar bazara çox sürətlə inteqrasiyası ilə izah olunur. Bununla yanaşı, mənzillərin qiymətinin azalmasından narahat olan bəzi qruplar öz əmlaklarını bazardan çıxarırlar ki, bu da paralel olaraq yeni tikilililərin təkrar bazardakı ümumi portfeldəki çəkisini artırır.
Yeni tikililərin təkrar bazarda ümumi təklif portfelində həlledici mövqeyə qalxması nəticəsində artıq otaq sayına görə təklif portfelində də dəyişiklik qeydə alınıb. Bazarda 2 otaqlı mənzillər üzrə tələb və təklifin digər mənzilləri üstələmə tendensiyası artıq yeni tikililərin hesabına 3 otaqlı mənzillərlə əvəz olunub. Fevral ayında aparılan araşdırmalar təkrar bazarda da ilkin bazarda olduğu kimi 3 otaqlı mənzillərin ümumi portfeldəki payının (38,6%) 2 otaqlıları (34,5%) üstələdiyini üzə çıxarıb. Fevralda təkrar bazarda ümumi təklif portfelinə Yasamal rayonunun təklif portfelindəki payı ötən ayla müqayisədə daha 1,3% artıb (27,4%).
Fevral ayında otaqlar üzrə 2, 4, 5 otaqlı mənzillərin sayında azalma qeydə alınıb. Təklif üzrə ən çox azalma 4 otaqlılarda qeydə alınıb (3,5%), 2 və 5 otaqlı mənzillərdə isə (1,3 və 2,9%) təklif üzrə azalma müşahidə olunub, 1 və 3 otaqlı mənzillərin təklif üzrə payı müvafiq olaraq 4,7% və 4,2% artıb. Orta qiymət artımı isə yalnız 3 otaqlı mənzillərdə qeydə alınıb (5,3%).
İnfrastruktur
“Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-lərin nizamnamələri təsdiqlənib
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutub: Təbiət və şəhər həyatının harmoniyası - FOTO
Deputat yollarda standartlara uyğun olmayan nişanlanma və cərimələrdən narazıdır
Xəbər Lenti
Vens: İranla danışıqlar nüvə proqramını da əhatə edəcək
DÇ-2026: Almaniya Fil Dişi Sahilini çətinliklə məğlub edib
Pakistanın Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə uçub
Poroşenko da Polşanın Ağ Qartal Ordenindən imtina edib
Vens: ABŞ-İran danışıqları bir neçə gün davam edə bilər
Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb
Qəbələdə ağır qəza olub, 1 nəfər ölüb
Tramp: Atəşkəs dövründəki 60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq
Hindistan üç xam neft tankerinin Hörmüz boğazından keçdiyini açıqlayıb
ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var
DÇ-26: Niderland İsveçi darmadağın etdi
Polşanın qərarından sonra Kuçma və Yuşşenko Polşa ordenlərindən imtina ediblər
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
Türkiyədə turistləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb
XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb
Zelenski: Kiyev Belarus hökumətinə ölkənin müharibəyə sürüklənməsinin mümkün nəticələri barədə xəbərdarlıq edib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayır
Netanyahu və müdafiə naziri orduya Livanda "atəşi dayandırmaq" tapşırığı verib
SEPAH: Hörmüz boğazı bağlanıb
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İsveçrəyə yola düşüb
Pakistan ABŞ və İran arasında texniki danışıqların sabah İsveçrədə keçiriləcəyini açıqlayıb
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub - YENİLƏNİB
İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var
Münhendə yük qatarları toqquşub, ölən var
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib - FOTO
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub
Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib
Zaqatalada su hovuzunu təmir edən kişi yanıb
DÇ-26: Niderland İsveçə qarşı
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Flora Kərimova xəstəxanadan evə buraxılıb
UFC döyüşçüsü Rafael Fiziyev Azərbaycana gəlib
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Aralıq dənizində ardıcıl iki zəlzələ baş verib
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir
Füzulidə 15 yaşlı yeniyetmə su kanalında boğulub
Pezeşkianın müavini İranın 25 mlrd. dollarlıq aktivlərinin tam azad ediləcəyini bildirib
Belarus MN-in Qoşun Xidməti İdarəsinin rəisi Azərbaycana səfər edib
Sabah 36 dərəcə isti olacaq
Azərbaycan və Koreya arasında keçirilən siyasi məsləhətləşmələrin detalları açıqlanıb
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib - YENİLƏNİB - FOTO
Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
FHN Xızıda istirahət mərkəzlərində maarifləndirmə tədbirləri keçirib
Kriptobirjada əsas aktivlər üzrə artım müşahidə olunub
AFP: Pakistanda baş verən iki partlayışda 7 nəfər ölüb
Ukrayna dronları Bryansk və Belqorod vilayətlərinə hücum edib: ölən və yaralananlar var