Bank Of Baku

Azərbaycanın təkrar avtomobil bazarında fevralda qiymətlər daha 6% düşüb

Azərbaycanın təkrar avtomobil bazarında fevralda qiymətlər daha 6% düşüb
# 17 mart 2009 15:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanın təkrar avtomobil bazarında əvvəlki aylardakı kimi passivlik qeydə alınıb. Nəticədə, ötən ay ilkin bazar üzrə orta qiymət azalması 5,7% təşkil edib. «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən «APA-Economics»ə verilən məlumata görə, passivliyin əsas səbəbi iqtisadi böhran nəticəsində bazarda tələbin aşağı düşməsi və alıcılıq qabiliyyətinin azalmasıdır.
Ötən ay ərzində təklif üzrə 1,1% artım, tələb üzrə isə 4,6% azalma qeydə alınıb. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında da əvvəlki ayla müqayisədə azalma qeydə alınıb ki, bu, bağlanan əqdlərin dinamikasının azalmasında da özünü göstərib – azalma 6,7% təşkil edib. Bundan başqa, fevralda təkrar bazar üzrə orta qiymət 7,2% azalaraq 16 240 ABŞ dollarına bərabər olub.
Bazarda müşahidə olunan passivlik avtomobillərin ekspozisiya müddətinin artmasına da təsir göstərib. Ötən ay ekspozisiya müddəti daha 6 gün artaraq 85 günə çatıb. Buna müvafiq risk dərəcəsi artıb və əmlakın bu növü üzrə likvidlik dərəcəsi düşüb. Tədricən rəqabətə davam gətirə bilməyən xırda alverçilərin bazardan çıxması davam edir.
Fevral ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 6 580-dən artıq avtomobilin cəmi 31%-ə qədəri bazara məhz fevralda təklif olunub. Qalan 69%-i isə əvvəlki aylardan qalan avtomobillərdir.
Bazardakı yerdəyişmələr təkrar bazarda proqnozlaşdırılan qiymət artımının qarşısını alıb və dünyada baş verən maliyyə böhranının avtomobil istehsalçılarına mənfi təsiri fevralda qiymətlərin bir qədər də ucuzlaşmasına təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR