Bank Of Baku

Azərbaycanda informasiya təhlükəsizliyi üzrə iki yeni milli standart hazırlanıb

Azərbaycanda informasiya təhlükəsizliyi üzrə iki yeni milli standart hazırlanıb
# 18 mart 2009 05:55 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın Standartlaşdırma üzrə İKT Texniki Komitəsi tərəfindən informasiya təhlükəsizliyi üzrə İSO/İEC x.509 və İSO/İEC 15408 beynəlxalq standartlar əsasında Azərbaycan milli standartlarının layihələri hazırlanıb. Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, hazırda bu iki standartın dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlər görülür.
Xatırladaq ki, Texniki Komitə ötən il İKT sahəsi üzrə milli standartların layihələrinin hazırlanması, onların ekspertizası, razılaşdırılması və beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, sahə üzrə standartlaşdırmanın vahid elmi-texniki siyasətinin formalaşdırılması, beynəlxalq standartların ölkədə tətbiqinə dair təkliflərin verilməsi, dövlətlərarası standartlaşdırma işlərində iştirak etməsi məqsədi ilə yaradılıb.
Gurumun tərkibinə ölkənin İKT sahəsində aparıcı dövlət, özəl, elmi-tədris təşkilatları daxildir. Texniki Komitə tərəfindən informasiya təhlükəsizliyi üzrə İSO/İEC 27002-2005 beynəlxalq standartı əsasında Azərbaycan Dövlət Standartı kimi AZS 324-2008 nömrəsi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb və 2009-cu ilin əvvəlindən tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR