Bank Of Baku

AZAL aviaşirkəti Novruz bayramı ilə əlaqədar Bakı-Dubay reyslərinin sayını artıracaq

AZAL aviaşirkəti Novruz bayramı ilə əlaqədar Bakı-Dubay reyslərinin sayını artıracaq
# 18 mart 2009 09:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Novruz bayramında sərnişinlərin Bakı-Dubay aviareysinə artan tələbatını nəzərə alaraq bu marşrutla əlavə reyslər yerinə yetirəcək. Bu barədə «APA-Economics»ə AZAL-dan məlumat verilib.
AZAl-dan bildirilib ki, Bakı-Dubay marşrutu ilə əlavə reyslər martın 19-u və 22-də yerinə yetiriləcək: «Bu marşrutla aviareyslər hər gün yerinə yetirilir. Əgər həftənin II və VII günləri uçuş saat 11:00-da yerinə yetirilirsə, qalan günlər uçuşlar saat 22:00-da həyata keçirilir».
AZAL-dan onu da bildiriblər ki, martın 19-da Bakı-Dubay aviareysinin hər ikisi saat 22:00-da, martın 22-də isə birinci reys saat 11:00-da, ikinci reys isə 17:20-də yerinə yetiriləcək.
Qeyd edək ki, uçuşlar «Boeing» və «Airbus» avialaynerləri ilə həyata keçirilir. Bakı-Dubay-Bakı sərnişin aviareysinə bir biletin satış qiyməti 354 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR