Bank Of Baku

İsveçin «Scania» avtomobil şirkəti Azərbaycanda nümayəndəlik açır

İsveçin «Scania» avtomobil şirkəti Azərbaycanda nümayəndəlik açır
# 18 mart 2009 10:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin martın 19-da Bakıda Azərbaycanın «ADO-G» Şirkətlər Qrupu ilə İsveçin «Scania CV Aktiebolag» avtomobil şirkəti arasında eksklüziv distribyutorluq müqaviləsi və «Scania» şirkətinin Azərbaycanda satış və servis üzrə nümayəndəliyinin açılmasına dair saziş imzalanacaq.
«ADO-G» Şirkətlər Qrupundan «APA-Economics»ə verilən məlumata görə, sənədlər «ADO-G» Şirkətlər Qrupunun rəhbəri Musa Süleymanov və «Scania»nın prezidenti Leif Östlinq tərəfindən imzalanacaq.
Qeyd edək ki, «ADO-G» Şirkətlər Qrupu 1998-ci ildə təsis edilib. Şirkət istehsalat, layihələndirmə, memarlıq, dizayn, smeta sənədlərinin hazırlanması, təchizat, inşaat, sahələri üzrə fəaliyyət göstərir.
Xatırladaq ki, «Scania» şirkəti 1891-ci ildən fəaliyyət göstərir. Şirkət əsasən yük avtomobilləri, avtobus, sənaye və dəniz mühərrikləri, hərbi maşınlar, yanğınsöndürmə maşınları və digər texnikanın istehsalı ilə məşğuldur. Hazırda şirkətin dünya üzrə 1 000-dən artıq satış mərkəzi və 1 500-ə yaxın xidmət mərkəzi fəaliyyət göstərir. «Scania»nın 2008-ci ildə dövriyyəsi 8,133 mlrd. avro, xalis ümumi mənfəəti 813 mln. avro təşkil edib. Hazırda şirkətdə 3,5 min nəfər işçi çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR