Bank Of Baku

Yanvar-fevral aylarında Azərbaycanda nəqliyyat vasitələri ilə yükdaşıma 0,3%, sərnişindaşıma isə 7,7% artıb

Yanvar-fevral aylarında Azərbaycanda nəqliyyat vasitələri ilə yükdaşıma 0,3%, sərnişindaşıma isə 7,7% artıb
# 19 mart 2009 08:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda nəqliyyat vasitələri ilə 26,9 mln. ton yük daşınıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yükdaşımanın həcmi 0,3% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə daşınmış yükün 46,3%-i avtomobil, 35,7%-i boru kəməri (o cümlədən, 20,2%-i Bakı-Tiflis-Ceyhan neft kəməri, 2,7%-i Cənubi Qafqaz qaz kəməri ilə), 11,1%-i dəmir yolu, 6,9%-i dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.
Özəl bölmənin nəqliyyat vasitələri ilə yük daşınması 4,6% artıb, bu bölmənin yük daşınmasında payı 71,4% təşkil edib.
Bununla yanaşı, nəqliyyat vasitələri ilə cari ilin ilk iki ayı ərzində 200,4 mln. sərnişin daşınıb və onların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7% artıb. Bu sahədəki fəaliyyətin 81,6%-i qeyri-dövlət bölməsinin payına düşüb, sərnişinlərin 81,7%-i avtomobil, 17,7%-i isə metro nəqliyyatı ilə daşınıb.

Yük daşınmasının ayrı-ayrı nəqliyyat növləri üzrə strukturu


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR