Bank Of Baku

«Delta Telecom» şirkəti beynəlxalq keyfiyyət idarəetmə standartları üzrə İSO sertifikatı alıb

«Delta Telecom» şirkəti beynəlxalq keyfiyyət idarəetmə standartları üzrə İSO sertifikatı alıb
# 19 mart 2009 08:38 (UTC +04:00)
Bakı. Aynur – Vəliyeva – APA-Economics. Azərbaycanın «Delta Telecom» şirkəti beynəlxalq keyfiyyət idarəetmə standartları üzrə İSO 9001:2000 sertifikatı alıb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, sertifikatlaşdırılmış auditin yekunlarına görə, uyğunluq sertifikatı 2011-ci ilin sentyabrın 15-dək etibarlıdır. «Delta Telecom» müəssisəsi telekommunikasiya xidmətləri sahəsində menecment sisteminin keyfiyyətinin sertifikatlaşdırılmış auditini uğurla keçib. Sertifikatlaşdırılma auditi «Global Group» beynəlxalq təşkilat tərəfindən həyata keçirilib.
Qeyd edək ki, «Delta Telecom» müəssisəsinin keyfiyyətli idarəetmə sistemi xidmətin yüksək keyfiyyətlə müştərilərə göstərilməsinə nəzarət etməyə imkan verir. Şirkətin yeni layihələri çoxmərhələli testdən keçərək müştərilərə təqdim olunur.
Xatırladaq ki, «Delta Telecom» şirkəti 2006-cı ildən universal rabitə xidmətləri göstərir. Qafqaz regionunda ən iri İnternet Backbone şəbəkəsi (provayderlərə rabitə xidmətləri) «Delta Telecom»a məxsusdur. Müasir texnologiyalara əsaslanan Backbone şəbəkəsi platforması vasitəsi ilə Azərbaycanın 100%, Gürcüstanın isə 80%-dək İnternet provayderi peşəkar səviyyədə İP-Backbone xidmətləri ilə təmin olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR