Bank Of Baku

Yanvar-fevral aylarında Azərbaycanda yerinə yetirilən inşaat işlərinin həcmi 12% artıb

Yanvar-fevral aylarında Azərbaycanda yerinə yetirilən inşaat işlərinin həcmi 12% artıb
# 19 mart 2009 08:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən 2009-cu ilin yanvar-fevral aylarında yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin göstəricisini 12,2% üstələyərək 400,6 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görülmüş işlərin 266,2 mln. manatını (ümumi həcmin 66,5%-i) yeni tikinti, yenidənqurma və genişləndirmə, 81,2 mln. manatını (20,2%) əsaslı təmir, 24,8 mln. manatını (6,2%) cari təmir, 28,4 mln. manatını (7,1%) isə digər tikinti işləri təşkil edib. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri 272,1 mln. manatlıq, dövlət tikinti müəssisələri isə 128,5 mln. manatlıq inşaat işləri görüb.
Cari ilin yanvar ayında inşaat bölməsində çalışmış işçilərin orta aylıq nominal əmək haqqı 443,8 manat təşkil edib. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı isə 507,4 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR