Bank Of Baku

«SilverKey Azerbaijan» şirkəti İnternet xidmətlərinin bank kartları ilə ödənilməsi sistemini tətbiq edib

«SilverKey Azerbaijan» şirkəti İnternet xidmətlərinin bank kartları ilə ödənilməsi sistemini tətbiq edib
# 19 mart 2009 09:16 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «SilverKey Azerbaijan» şirkəti «GoldenPay» online ödəniş xidməti provayderi ilə birgə müştəriləri üçün «Hotnet» simsiz İnternet xidmətlərinin bank kartları vasitəsi ilə ödənilməsi sistemini tətbiq edib.
«SilverKey Azerbaijan»ın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, yeni sistem «Hotnet» xidməti müştərilərinin günün istənilən vaxtı xidmətin rəsmi veb-saytında (www.hotnet.az) «Visa» və ya «MasterCard» plastik kartları vasitəsi ilə balansını artıra bilər.
Qeyd edək ki, «GoldenPay» şirkəti 2008-ci ilin dekabr ayında «SilverKey Azerbaijan» şirkəti tərəfindən təqdim edilib və «Verified by Visa» və «Mastercard SecureCode» lisenziyalarına malikdir. Təhlükəsizliyin yüksək səviyyədə təşkili məqsədi ilə «GoldenPay» sistemi «VeriSign SSL» şifrlənməsindən istifadə edir.
Xatırladaq ki, martın 17-dən etibarən Azərbaycanın «Datacell» şirkəti («Elcell» brendi ilə fəaliyyət göstərən İnternet xidməti) «Azericard» Prosessinq Mərkəzi ilə birgə ölkədə ilk dəfə olaraq online rejimdə xidmətlərin İnternet vasitəsi ilə «Visa» və «MasterCard» beynəlxalq ödəniş sistemlərinin kartları ilə ödənilməsi sistemini tətbiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR