«APA-Economics»in şirkətə istinadən verdiyi məlumata görə, yeni renkinqdə son 14 ildə ilk dəfə olaraq Yaponiyanın məşhur «Lexus» brendi birincilik mövqeyini itirərək ikinci yerdə qərarlaşıb. Birinci yerə isə qiymətləndirmənin aparıldığı müxtəlif kateqoriyalar üzrə bərabər bal alan ABŞ-ın «Buick» və Britaniyanın «Jaguar» brendləri layiq görülüb.
Qiymətləndirmə meyarlarına gəldikdə isə, avtomobillərin yolda etibarlığı üç il ərzində bu markaları (2006-cı ilin buraxılışı olan) işlədən 46 313 ilk sahibləri ilə 8 kateqoriya (təəssürat, mühərrik, eksteryer, idarəetmə, istilik-ventiliyasiya-sərinlətmə, interyer, oturacaqlar və audio-əyləncə-naviqaisya) üzrə aparılan sorğunun nəticəsində müəyyənləşib. Yekun bal isə hər 100 avtomobil üzrə problemlərin sayının azlığına əsasən verilib.
Siyahıda yer alan 37 marka arasında ən çox şikayətlənən «Suzuki» sahibləri olub:
Avtomobil brendləri | Renkinq balı | ||
|
122 | ||
Lexus | 126 | ||
Toyota | 129 | ||
Mercury | 134 | ||
Infiniti | 142 | ||
Acura | 146 | ||
Lincoln | 147 | ||
Cadillac | 148 | ||
Honda | 148 | ||
Porsche | 150 | ||
Audi | 159 | ||
Ford | 159 | ||
Hyundai | 161 | ||
Subaru | 162 | ||
Chrysler | 165 | ||
BMW | 166 | ||
Industry Average | 170 | ||
GMC | 174 | ||
Mercedes-Benz | 184 | ||
Chevrolet | 185 | ||
Mitsubishi | 185 | ||
Volvo | 186 | ||
Nissan | 199 | ||
Dodge | 202 | ||
Mini | 205 | ||
Saturn | 211 | ||
Kia | 218 | ||
Jeep | 220 | ||
Pontiac | 220 | ||
HUMMER | 221 | ||
Scion | 222 | ||
SAAB | 226 | ||
Mazda | 227 | ||
Isuzu | 234 | ||
Land Rover | 238 | ||
Volkswagen | 260 | ||
Suzuki | 263 |