Bank Of Baku

«Bakcell» daha 31 baza stansiyası quraşdırıb

«Bakcell» daha 31 baza stansiyası quraşdırıb
# 19 mart 2009 14:35 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti bu ilin fevral ayı ərzində respublika ərazisində 31 baza stansiyası quraşdırıb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, yeni baza stansiyalarının istifadəyə verilməsi nəticəsində Bakı və Mingəçevir şəhərləri, habelə Abşeron, Ağsu, Goranboy, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Zaqatala, Samux və Balakən rayonlarında şəbəkənin əhatə dairəsi və keyfiyyəti artırılıb. Beləliklə, «Bakcell» şəbəkəsi Azərbaycan ərazisinin 80%-dən çox hissəsini əhatə edir.
Bu ilin sonuna kimi respublikada «Bakcell»in xidmətlərinin əhatə dairəsinin maksimum genişləndirilməsi üzrə genişmiqyaslı işlər aparılacaq və son dəyişikliklər bu planın bir hissəsidir.
Xatırladaq ki, 1994-cü ildən fəaliyyət göstərən «Bakcell» şirkəti əhalinin 88%-dən artıq hissəsini və Azərbaycan ərazisinin 80%-ni əhatə edir. Hazırda şirkətin 1,2 mln. abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR