Bank Of Baku

Bakıda «Barcamp Caspian 2009» beynəlxalq qeyri-rəsmi konfransı işə başlayıb

Bakıda «Barcamp Caspian 2009» beynəlxalq qeyri-rəsmi konfransı işə başlayıb
# 28 mart 2009 09:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda «Barcamp Caspian 2009» beynəlxalq qeyri-rəsmi konfransı fəaliyyətə başlayıb. «APA-Economics»in məlumatına görə, Qafqaz Universitetində təşkil olunan konfransın açılış mərasimində Azərbaycan rabitə və informasiya texnologiyaları nazirliyinin (RİTN) informasiya cəmiyyəti şöbəsinin müdiri Rüfət Gülməmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüz, həmçinin «Google» axtarış sistemi, Almaniyanın «Sevenload» video paylaşım saytı, «Wordpress», «Creative Commons» və «Opera Software» kimi iri şirkətlərin nümayəndələri iştirak edib.

R. Gülməmmədovun sözlərinə görə, bu konfrans ikinci dəfədir Azərbaycanda keçirilir və gələcəkdə bu cür konfransların daha geniş formatda keçirilməsi üçün RİTN hər zaman öz dəstəyini göstərəcək. «Barcamp Caspian 2009» konfransının təşkilat komitəsinin sədri Vahid Qasımovun sözlərinə görə, tədbirdə Azərbaycan mütəxəssisləri ilə yanaşı 20-yə yaxın xarici ölkənin (Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Belarus, Orta Asiya, Baltikyanı dövlətlər, Almaniya, İtaliya, İsveçrə və s.) 60-dan çox nümayəndəsi iştirak edir: «Bu konfransın keçirilməsində əsas məqsəd Azərbaycanda internet texnologiyalarını genişləndirmək, eyni zamanda internet istifadəçilərinin, xüsusən də gəclərin internetə olan marağını daha da artırmaqdır”.

Qeyd edək ki, konfransın baş sponsoru telekommunikasiya operatoru olan «Delta Telecom» şirkətidir. Bununla yanaşı, RİTN, AİF, «HP», Norveçin «Opera Softaware», «Print Art» və «Beynəlxalq Hesablaşmalar və Araşdırmalar Mərkəzi» də tədbirin sponsorları sırasındadır. Konfrans işini sabah yekunlaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR