Bank Of Baku

Azərbaycanda İnternet tariflərinin daha da azaldılması təklif olunur

Azərbaycanda İnternet tariflərinin daha da azaldılması təklif olunur
# 29 mart 2009 07:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan İnternet Forumu (AİF) yaxın günlərdə ölkədə mövcud İnternet tariflərinin azaldılması ilə bağlı yeni təkliflərini hökumətə təqdim etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu AİF-in prezidenti Osman Gündüz bildirib.
O.Gündüzün sözlərinə görə, təkliflərdə İnternet xidmətləri qiymətlərinin əlavə olaraq 2-3 dəfə azaldılması tövsiyə olunur. «Bu ilin fevral ayında İnternet qiymətlərinin azaldılması Azərbaycanın İnternet xidmətləri bazarında canlanma yaradıb. Lakin verilən İnternet xəttinin keyfiyyəti çox aşağı səviyyədədir. Bundan başqa, qonşu ölkələr, o cümlədən Gürcüstan, Rusiya, Ukrayna və digərləri ilə müqayisədə Azərbaycanda İnternet tarifləri 8-10 dəfə bahadır. Bu baxımdan, İnternet qiymətlərinin yenidən azaldılması zərurəti var», - deyə O.Gündüz bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR