Bank Of Baku

İsrail Azərbaycanla İKT sahəsində əməkdaşlığı genişləndirmək istəyir

İsrail Azərbaycanla İKT sahəsində əməkdaşlığı genişləndirmək istəyir
# 22 noyabr 2011 09:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İsrail Azərbaycanla İKT sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan İsrailin telekommunikasiya naziri Moşe Kahlon bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında İKT sahəsində əməkdaşlıq çox yüksək səviyyədədir: «Bizim Azərbaycanda biznesimiz, yatırımlarımız və texnologiyalarımız mövcuddur. Eyni zamanda bir neçə yeni sahələr var ki, biz Azərbaycan tərəfindən öyrənirik. Gələcəkdə böyük planlarımız var ki, biz Azərbaycanla münasibətləri və əməkdaşlığı gücləndirmək, o cümlədən bilik, biznes və imkanlar sahəsində əlaqələri genişləndirmək niyyətindəyik».

M.Kahlon onu da bildirib ki, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyətini İsrailə dəvət edib: «Dəvətin məqsədi iki ölkə arasında İKT sahəsində əməkdaşlığı davam etdirmək, təcrübə mübadiləsi aparmaq və bununla da planlarımızı həyata keçirək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR