Bank Of Baku

Azərbaycan və İsrail beynəlxalq İKT layihələrində əməkdaşlıq etmək niyyətindədir

Azərbaycan və İsrail beynəlxalq İKT layihələrində əməkdaşlıq etmək niyyətindədir
# 22 noyabr 2011 10:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və İsrail İKT sahəsində beynəlxalq layihələrdə əməkdaşlıq perspektivlərini müzakirə edir. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

«Hazırda Azərbaycanda səfərdə olan İsrailin telekommunikasiya naziri Moşe Kahlonla keçirdiyim görüş zamanı biz Azərbaycan-İsrail münasibətlərində İKT-nin rolu, kosmik texnologiyalarda və bir neçə beynəlxalq layihələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik», - deyə Ə.Abbasov bildirib.

Nazir onu da qeyd edib ki, noyabrın 23-də Bakıda keçiriləcək XVII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında (BakuTel-2011) İsrail tərəfi də öz məhsul və xidmətlərini təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR