Bank Of Baku

HP-nin mənfəəti 10 dəfə azalıb

HP-nin mənfəəti 10 dəfə azalıb
# 22 noyabr 2011 10:15 (UTC +04:00)
Bakı - APA-Economics. Kompüter texnologiyaları sahəsində nəhəng İT şirkətlərindən olan ABŞ-ın “Hewlett-Packard” (HP) şirkətinin mənfəəti bu ilin oktyabrın 31-də başa çatan IV rübündə 10 dəfə azalıb.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, rüb ərzində şirkətin mənfəəti 200 mln. dolar, gəliri 32,1 mlrd. dollar təşkil edib.

Ötən il mənfəət 10 dəfə çox - 2,5 mlrd. dollar, gəlir isə 3% artıq - 33,3 mlrd. dollar olub. Qeyd edək ki, bu, “eBay” internet auksionunun keçmiş rəhbəri Marqaret Uitmen HP-yə rəhbərlik etməyə başlayandan bəri şirkəti ilk maliyyə hesabatıdır.

HP korporasiyası personal kompüter, printer, skaner, kalkulyator və s. istehsalı ilə məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR