Bank Of Baku

Azərbaycanda köhnə mənzillərin ucuzlaşması davam edir

Azərbaycanda köhnə mənzillərin ucuzlaşması davam edir
# 22 noyabr 2011 10:42 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi («ƏBİ» İB) mənzil bazarında apardığı monitorinqin nəticələrinə əsasən məlumat yayıb. Birliyin məlumatına görə, aktivliyin artmasının əsas səbəbi ilin sonuna doğru ipoteka proseslərinin aktivləşməsi ilə bağlıdır.

Hesabat ayında bazara təklif olunan mənzillərin sayında 0,8%-lik artım qeydə alınıb. Mənzillərin sayının artması qiymətlərin aşağı düşməsinə səbəb olub. Nəticədə, oktyabrda mənzillərin qiyməti 0,1% azalaraq 966 dollar/kv. metrdən 965 dollar/kv. metrə enib. Ay ərzində heç bir rayonda qiymət artımı baş verməyib, ən çox ucuzlaşma isə Suraxanı rayonunda (1,1%) qeydə alınıb.

Mənzillərin orta otaq göstəricisi 2,78, hər otağın orta satış qiyməti 43 530 dollar, mənzilin orta qiyməti isə 111 038 dollar təşkil edib.

Oktyabr ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar sentyabrda olduğu kimi Xətai və Yasamal rayonları olub. Bu rayonların ən vacib cəhəti şəhərə yaxınlığı və qiymətlərin münasibliyidir. Araşdırmalar göstərir ki, bazarda qiymətlər azaldıqca bu rayonlara olan maraq da tədricən dərinləşir. Ümumilikdə, ipoteka prosesində əməliyyatların əsas çəkisi bu 2 rayonun üzərinə düşür. Bu, həmin rayonlarda qiymətlərin ipotekanın normativ tələblərinə uyğunluğu ilə də bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR