Bank Of Baku

Çində daşınmaz əmlak sövdələşmələrinin sayı 30% azalıb

Çində daşınmaz əmlak sövdələşmələrinin sayı 30% azalıb
# 22 noyabr 2011 14:14 (UTC +04:00)
Bakı - APA-Economics. Çinin böyük şəhərlərində daşınmaz əmlak sövdələşmələrinin sayı 30% azalaraq kritik həddə çatıb. “APA-Economics”in “Financial Times”a istinadən xəbərinə görə, bu, dünya iqtisadiyyatına ciddi təsir edə və hətta böhrana gətirib çıxara bilər.

Çinin bank fəaliyyətinin tənzimlənməsi üzrə Komissiyası ölkədə fəaliyyət göstərən banklara daşınmaz əmlak sövdələşmələrinin azalmasının təsirlərini öyrənmək və iqtisadiyyatın sağlamlaşdırılmasına yönəlmiş “stres-test”lər keçirmək barədə təlimat verib.

Çin hökuməti mənzillərin qiymətini yüksək saxlamağa çalışır. Daşınmaz əmlak sövdələşmələrinin azalması qlobal iqtisadiyyata ciddi təsir edəcək. Belə ki, ötən il daşınmaz əmlak bazarı Çin iqtisadiyyatının 13%-ni təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR