Bank Of Baku

Yaxın perspektivdə Azərbaycanın rabitə sektorunda 16% orta illik artım gözlənilir

Yaxın perspektivdə Azərbaycanın rabitə sektorunda 16% orta illik artım gözlənilir
# 23 noyabr 2011 07:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il Azərbaycanda informasiya və rabitə sektorunda 13,8%, qarşıdakı 3 ildə isə 16% orta illik artım gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Ş.Mustafayevin sözlərinə görə, İKT sahəsində yeni xidmətlərin genişlənməsi ilə yanaşı, 2012-ci ildə Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması bu sahənin inkişaf etdirilməsinə geniş imkanlar açacaq.

Nəqliyyat sahəsinə gəldikdə isə nazir bildirib ki, əsas tranzit dəhlizlərinin yenidən qurulmasının başa çatması, Bakı-Tbilisi-Qars dəmir yolunun, Beynəlxalq Dəniz Ticarət limanının istifadəyə verilməsi nəqliyyat sektorunun artımını sürətləndirəcək. Belə ki, növbəti ildə bu sahədə yük daşımasının 10%-ə qədər, bütövlükdə nəqliyyat sektorunun 7,8%, növbəti 3 ildə isə orta illik 5,5% artımı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR