Bank Of Baku

Azərbaycan prezidenti Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibini qəbul edib

Azərbaycan prezidenti Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibini qəbul edib
# 23 noyabr 2011 13:21 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Tureni qəbul edib. “APA-Economics”-in məlumatına görə, H. Ture Azərbaycanda “BakuTel–2011” 17-si Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının təşkilini yüksək qiymətləndirib.

İnformasiya təhlükəsizliyinin dünyada aktual məsələlərdən biri olduğunu vurğulayan H. Ture bu sahədə Azərbaycanda görülən işlərdən məmnunluğunu bildirib. Ölkədə informasiya və kommunikasiya texnologiyaları sahəsinin sürətlə inkişaf etdiyini qeyd edən qonaq Azərbaycanın Beynəlxalq Telekommunikasiya Təşkilatının Afrika ölkələrinin yardım kampaniyasına qoşulmasının önəmini qeyd edib.

Azərbaycan prezidenti İ. Əliyev isə neft-qaz sahəsi ilə yanaşı, informasiya və kommunikasiya texnologiyaları sektorunun dövlətin önəm verdiyi prioritet sahələrdən biri olduğunu vurğulayıb. O, enerji sahəsində olduğu kimi, Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları ilə bağlı regional layihələrdə iştirakı istiqamətində fəaliyyətini daha da artıracağını qeyd edib.

Dövlət başçısı Beynəlxalq Telekommunikasiya Təşkilatının fəal üzvü kimi Azərbaycanın qurumun təklif etdiyi bütün layihələrdə uğurla iştirak edəcəyini deyib.

Görüşdə Azərbaycanın Beynəlxalq Telekommunikasiya Təşkilatı ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR