Azərbaycanın dəniz nəqliyyatında yükdaşıma 9% artıb

Azərbaycanın dəniz nəqliyyatında yükdaşıma 9% artıb
# 23 noyabr 2011 14:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 9,1% artaraq 10,3 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 57,3%-ni neft yükləri, 42,7%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib. Hesabat dövründə dəniz limanlarında 9,8 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib və 14,6% artım olub. İşlənmiş yüklərin 85%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 11,1%, idxal yüklərin həcmi isə 63,3% artıb.

Qeyd edək ki, 2011-ci il noyabrın 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 52,6 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,9% çox idxal yüklərin qalığı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR