Bank Of Baku

«Azercell»in 3G xidmətlərindən 1 həftə ərzində 100 minə yaxın abunəçi istifadə etməyə başlayıb

«Azercell»in 3G xidmətlərindən 1 həftə ərzində 100 minə yaxın abunəçi istifadə etməyə başlayıb
# 23 noyabr 2011 14:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. «Azercell» şirkəti 3G xidmətləri göstərməyə başladığı 1 həftə ərzində 100 minə yaxın abunəçini bu xidmətə cəlb edib. “APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin prezidenti Ali Ağan bildirib.

Onun sözlərinə görə, əgər Azərbaycanda 3G xidmətləri tətbiq olunduğu 2009-cu ildən indiyədək 100 min nəfər bu xidmətdən istifadə edirdisə, «Azercell» bu qədər müştərini təkcə son bir həftə ərzində toplayıb.

Ali Ağan şirkətə 3G lisenziyasının verilməsinin uzun müddət tələb etməsini süründürməçilik və bürokratik əngəllərlə yox, müzakirələrin uzun sürməsi ilə izah edib: «Mən bunu əngəl adlandırmazdım».

Şirkət rəhbəri «Azercell»in son illər ərzində olduğu kimi, 2011-ci ildə də qeyri-neft sektorunda ən böyük vergi ödəyicisi olacağını bildirib.

Xatırladaq ki, indiyədək Azərbaycanda 3G xidmətini yalnız “Azerfon” göstərirdi. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2 noyabr 2011-ci il tarixində keçirilmiş kollegiya iclasında 3G mobil rabitə xidmətlərinin göstərilməsi üçün “Bakcell” və “Azercell” şirkətlərinə lisenziya verilməsi barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR