Bank Of Baku

“Azerfon” müştərilərinin səhiyyə xidmətlərinə çıxışı asanlaşacaq

“Azerfon” müştərilərinin səhiyyə xidmətlərinə çıxışı asanlaşacaq
# 24 noyabr 2011 07:27 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azerfon” şirkətinin tətbiq edəcəyi yeni avadanlıqlar sayəsində abunəçilər mobil telefon vasitəsilə öz hərarəti və qan təzyiqlərini ölçə biləcəklər. Bu barədə “APA-Economics”ə şirkətin mətbuat xidmətinin rəhbəri Elşad Fərzəliyev məlumat verib.

Onun sözlərinə görə, abunəçilər öz hərarəti və qan təzyiqlərini mobil telefona yerləşdirilən avadanlıq vasitəsilə ölçəcək və onun nəticəsi mobil telefonun yaddaşında qalacaq: «Nəticədə abunəçilər klinika və ya xəstəxanaya getmədən bu göstəriciləri həkimə göndərməklə həkim məsləhəti ala, həkimlər də bu göstəricilər vasitəsilə məsləhət verə və ya müalicənin necə getdiyini izləyə biləcəklər».

E.Fərzəliyev qeyd edib ki, bu avadanlıqların təqribi qiyməti təxminən 200 manatdır. Avadanlıqların istifadəsi üçün mobil telefona müvafiq proqram təminatı da yüklənəcək: «Düyməni basmaqla avadanlığı insanın alnına yönəldib onun hərarətini ölçmək olur, eləcə də qan təzyiqi avadanlıqla ölçülür». Bu göstəricilərin mobil telefonun yaddaşında qalması isə onların dəyişmə dinamikasını izləməyə də imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR