Bank Of Baku

Bakıda Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Konfransı keçirilir

Bakıda Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Konfransı keçirilir
# 24 noyabr 2011 08:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda 17-ci beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı (“Bakutel-2011”) çərçivəsində Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Konfransı işə başlayıb.

APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkənin İKT sektorunun inkişafından danışıb.

Onun sözlərinə görə, İKT ölkə iqtisadiyyatının qabaqcıl sektorlarındandır və dövlətin prioritet sektorudur. “Bakutel” sərgisinin işindən danışan E.Vəlizadə qeyd edib ki, İKT sektorunda qanunvericilik bazasından danışan nazir müavin qeyd edib ki, bu sahədə qəbul edilən qanunlar “elektron hökumət”in qurulması üçün imkan yaradır.

Tədbirdə Azərbaycan, İspaniya, Xorvatiya, Fransa, Rumıniya, Litva və digər ölkələrin İKT sektorunda fəaliyyət göstərən şirkətlərinin nümayəndələri məruzələrlə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR