Bank Of Baku

İranlı nazir: “Qəzvin-Rəşt-Astara dəmir yolu xətti Şimal-Cənub dəhlizinin əsasını təşkil edəcək”

İranlı nazir: “Qəzvin-Rəşt-Astara dəmir yolu xətti Şimal-Cənub dəhlizinin əsasını təşkil edəcək”
# 24 noyabr 2011 08:29 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Qəzvin-Rəşt-Astara dəmir yolu xətti Azərbaycanın dəmir yolu şəbəkəsi ilə birləşəndən sonra Avropadan Fars körfəzinə sərnişin və yük axınları üçün mühüm halqa halına gələcək. “APA-Economics”in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın infrastruktur və əyalət inkişafı naziri Əli Nikzad deyib.

Rusiya ilə bu sahədə əməkdaşlığa toxunan iranlı nazir bildirib ki, bu marşrut Şimal-Cənub dəhlizinin əsasını təşkil edəcək. Moskvada Rusiya tərəfi ilə danışıqlardan sonra Əli Nikzad deyib ki, layihənin icrası İran sərmayədarlarının və iş icraçılarının iradəsi sayəsində cədvələ uyğun şəkildə gedir.

İranlı nazir habelə qeyd edib ki, indi danışıqların əsas məqamı Azərbaycan vasitəsilə İran və Rusiya dəmir yolu şəbəkələrinin texniki cəhətdən calanmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR