Bank Of Baku

Bakının Yasamal və Səbail rayonlarının su təminatında fasilələr olacaq

Bakının Yasamal və Səbail rayonlarının su təminatında fasilələr olacaq
# 24 noyabr 2011 09:12 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Qarşıdakı bir neçə gün ərzində Bakının Yasamal və Səbail rayonlarının su təminatında problemlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, su təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrə uyğun olaraq Yasamal rayonu ərazisində məhəllədaxili şəbəkələrin yeni çəkilmiş magistral kəmərlərə qoşulması işləri aparılır.

«Bununla əlaqədar qarşıdakı bir neçə gün ərzində Bakının Yasamal, həmçinin Səbail rayonunun bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq» - deyə məlumatda bildirilir. “Azərsu” ASC yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR