Bank Of Baku

“Azerfon” şirkəti 4G lisenziyası almaq üçün müraciət edib

“Azerfon” şirkəti 4G lisenziyası almaq üçün müraciət edib
# 24 noyabr 2011 10:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “Azerfon” şirkəti 4G xidmətlərinin göstərilməsinə dair lisenziya almaq üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib.

APA-Economics”in xəbərinə görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında “Azerfon”un baş icraçı direktoru Yurgen Pitz bildirib.

Onun sözlərinə görə, şirkət 4G formatında xidmətlərini də əhalinin istifadəsinə vermək niyyətindədir.

Baş icraçı direktor qeyd edib ki, “Azerfon”un ümumi gəlirləri son 1 ildə 25%, müştəri bazası isə 11% artıb.

Xatırladaq ki, “Azercell” və “Bakcell” şirkətləri də 4G xidmətlərinin göstərilməsinə dair lisenziya almaq üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR