Bank Of Baku

Azərbaycan internet xidmətlərinin ixracatçısına çevrilib

Azərbaycan internet xidmətlərinin ixracatçısına çevrilib
# 24 noyabr 2011 12:22 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, bu dövrdə informasiya texnologiyaları sektorunun həcmi 6 dəfə, məhsul ixracı 5 dəfə artıb, özəl sektorun İKT bazarında payı 80%-ə çatıb.

«Ölkədə mobil telefon və internetin nüfuzetmə səviyyəsi sürətlə artır, yeni xidmətlərin göstərilməsi və abunəçi şəbəkəsi genişlənir», - deyə nazir bildirib. Onun sözlərinə görə, indi Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür, əhalini 60%-i internet, onların da yarısı genişzolaqlı internet istifadəçisidir və bu, dünya göstəricisindən 1,5-2 dəfə çoxdur. Ə.Abbasov bildirib ki, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb və ölkə üzrə vahid nömrələnmə sistemi tətbiq olunub.

Nazirin sözlərinə görə, respublikanın bütün ərazisini əhatə edən bir dövlət və iki özəl fiber-optik kabel magistral şəbəkəsi qurulub, beynəlxalq internet kanallarının ümumi tutumu dəfələrlə artaraq 44,5 Gbit/saniyəyə çatıb: «Bir çox regional informasiya serverləri ölkəmizdə yerləşdirilib və nəticədə Azərbaycan regionda internet xidmətlərinin ixracatçısına çevrilib».

Ə.Abbasov bildirib ki, ölkədə rəqəmli televiziya yayımı ölkə əhalisinin 60%-dən çoxunun yaşadığı ərazini əhatə edir və 2012-ci ilin sonunda ölkə tamamilə rəqəmli yayıma keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR