Bank Of Baku

Bakıda kommersiya obyektləri ucuzlaşıb

Bakıda kommersiya obyektləri ucuzlaşıb
# 25 noyabr 2011 07:28 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin monitorinq qrupu tərəfindən aparılan bazar araşdırmalarına əsasən, ötən ay paytaxtdakı obyektlərin satış qiyməti 0,1% azalaraq 1 kv. metr üçün 2 868 dollardan azalaraq 2 865 dollara enib. Bu, ötən ilin eyni dövründəkindən 2,1% azdır. İcarə qiymətləri isə əvvəlki aya nisbətən 0,2% aşağı düşüb.

Birliyin məlumatlarına görə, oktyabr ayında bazara çıxarılan qeyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Oktyabrda qeyri-yaşayış sahələri ilə bağlı əqdlərin sayı bir ay əvvələ nisbətən 3,5% artıb. Bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı isə 3,9% artıb. Təklif qiymətlərinin düşməsi və bazarın bu seqmenti üzrə dinamikanın nisbi azalması və tələbin aşağı olmasına baxmayaraq, ekspozisiya (satış) müddətinin azalması müşahidə olunub.

Ay ərzində qeyri-yaşayış sahələri bazarında ən çox qiymət artımı Qaradağ rayonunda (0,5%), ən çox qiymət azalması isə Xəzər rayonunda (1,0%) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR