Bank Of Baku

Azərbaycan rouminq qiymətlərinin aşağı salınması ilə bağlı işləri davam etdirəcək

Azərbaycan rouminq qiymətlərinin aşağı salınması ilə bağlı işləri davam etdirəcək
# 25 noyabr 2011 08:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan rouminq qiymətlərinin aşağı salınması ilə bağlı işləri davam etdirəcək. “APA-Economics”in xəbərinə görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, rouminq qiymətlərinin aşağı salınması təkcə bizdən asılı deyil, eyni zamanda digər ölkələrin mobil operatorlarından asılıdır.

“Azərbaycan artıq Rusiya və Türkiyə kimi ölkələrlə rouminq qiymətlərində endirim edib. Amma bu işi davam etdirəcəyik” - deyə nazir qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR