Bank Of Baku

Bakıda COMSTECH-in İcraiyyə Komitəsinin iclası keçirilir

Bakıda COMSTECH-in İcraiyyə Komitəsinin iclası keçirilir
# 25 noyabr 2011 08:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün «BakuTel-2011» sərgisi-konfransı çərçivəsində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq üzrə Nazirlərin Daimi Komitəsinin (COMSTECH) təşkilatçılığı ilə Bakıda COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası işə başlayıb.

«APA-Economics»in məlumatına görə, iki gün davam edəcək iclasda islam ölkələri və digər ölkələr arasında elm, texnologiya, təhsil, geri qalmış ölkələrə bu sahədə müəyyən köməkliyin edilməsi, onların birgə layihələrdə iştirakını təmin etmək, nüvə tədqiqatlarının sülh məqsədilə istifadə olunması, enerji problemlərinin həlli, ərzaq problemlərinin aradan qaldırılması, biotexnologiyalar layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, 1981-ci ildə yaradılmış COMSTECH-in üzv ölkələri sırasına Azərbaycan, İran, İordaniya, Niger, Pakistan, Fələstin, Səudiyyə Ərəbistanı və Seneqal daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR