Bank Of Baku

Azərbaycan islam ölkələri ilə elm, təhsil və texnologiya sahəsində yeni layihələr həyata keçirəcək

Azərbaycan islam ölkələri ilə elm, təhsil və texnologiya sahəsində yeni layihələr həyata keçirəcək
# 25 noyabr 2011 09:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan islam ölkələri ilə elm, təhsil və texnologiya sahələrində ciddi layihələr həyata keçirəcək. «APA-Economics»in məlumatına görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq üzrə Nazirlərin Daimi Komitəsinin (COMSTECH) baş əlaqələndiricisi, pakistanlı professor Atta-ur Rəhman bildirib.

A.Rəhmanın sözlərinə görə, hazırda islam ölkələri elm, təhsil və texnologiyalar sahəsində qabaqcıl qərb ölkələrindən geridədir. Buna baxmayaraq, hazırda islam ölkələrində ümidverici siqnallar müşahidə olunur: «Sözügedən sahələrin inkişafına hazırda islam ölkələri ÜDM-in 0,4-0,6%-ni sərf edir, halbuki 10 il bundan öncə bu göstərici 0,2% təşkil edirdi. Qərb ölkələrində isə bu sahələrə hər il ÜDM-in 3-4%-i sərf olunur».

Azərbaycanın sözügedən sahələrdə nümunəvi ölkə ola biləcəyini qeyd edən A.Rəhman onu da bildirib ki, Azərbaycan elm, təhsil və texnologiyalar sahələrinin inkişafına ÜDM-in 2%-ni sərf edə bilər: «Biz Azərbaycanla islam ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə ümidlə baxırıq ki, bu sahələrdə birgə ciddi layihələr reallaşdıracağıq».

Qeyd edək ki, 1981-ci ildə yaradılmış COMSTECH-in üzv ölkələri sırasına Azərbaycan, İran, İordaniya, Niger, Pakistan, Fələstin, Səudiyyə Ərəbistanı və Seneqal daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR