Bank Of Baku

Bakıda ən bahalı torpaq sahəsi «Aerokassa»nın yanında satılır

Bakıda ən bahalı torpaq sahəsi «Aerokassa»nın yanında satılır
# 25 noyabr 2011 10:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin oktyabr ayında Bakı şəhərinin torpaq bazarında orta qiymətlərdə artım qeydə alınıb. «APA-Economics»in «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinə istinadən verdiyi məlumata görə, ötən ay bazara çıxarılan 1 sot torpağın orta qiyməti 13 421 dollardan 0,3% artaraq 13 462 dollara çatıb.

Qiymət artımının əsas səbəbi I və II (mərkəz və mərkəzə yaxın ərazilərdə) zonada torpağın qiymətinin artımı ilə bağlı olub. Birliyin məlumatında deyilir ki, torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası oktyabrda tikinti tempinin kəskin çoxalması hesabına xeyli artıb. Bazarda torpağın ekspozisiya (satış) müddəti əvvəlki ayla müqayisədə 1,4% azalıb.

Oktyabrda Bakı şəhəri üzrə ən çox qiymət artımı Qaradağ rayonunda (1,1%), ən çox azalma isə Xətai rayonunda (0,8%) qeydə alınıb. Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Xətai rayonlarını aid etmək olar. Ən passiv rayon isə Nəsimi rayonudur.

Hesabat ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 350 min dollar/sot Nəsimi rayonunda («Aerokassa»nın yaxınlığı), ən ucuz torpaq sahəsi isə 350 dollar/sot Abşeron rayonunda (Pirəkəşkül qəsəbəsi) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR