Bank Of Baku

Azərbaycanda daşınmaz əmlak üzrə tərtib olunan texniki pasportların sayı 60% artıb

Azərbaycanda daşınmaz əmlak üzrə tərtib olunan texniki pasportların sayı 60% artıb
# 25 noyabr 2011 10:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin ilk 3 rübündə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) əhaliyə göstərdiyi xidmətlərin həcmi kəskin artıb.

«APA-Economics»in «Daşınmaz Əmlak» jurnalına istinadən məlumatına görə, sentyabr ayında 11 507 əmlaka texniki pasport, 11 097 müayinə aktı tərtib edilib, 118 yüklülük, 1 867 ipoteka qeydə alınıb.

Ötən ay məhdudlaşdırmaya dair 8 673 arayış, əhaliyə xidmətlə bağlı isə 1 854 müxtəlif arayışlar verilib. Ötən ilin sentyabrına nisbətən texniki pasportlar 77,1%, yüklülük 3,3 dəfə, ipoteka qeydiyyatı 6%, məhdudlaşdırmaya dair arayışlar 64%, müayinə aktları 2 dəfə, əhaliyə verilən arayışlar 19,3%-dən çox artıb.

Yanvar-sentyabr aylarında DƏDRX-in göstərdiyi xidmətlərin əksəriyyəti üzrə ötən ilə nisbətən ciddi artım baş verib. Hesabat dövründə tərtib olunan texniki pasportların sayı ötən ilin eyni dövrünə nisbətən 59,2%, yüklülük 3,2 dəfə, məhdudlaşdırmaya dair arayışlar 51,4%, müayinə aktı 47,6%, ipoteka qeydiyyatı 2,5% artıb, əhaliyə xidmətlə bağlı müxtəlif arayışlar isə 3,3% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR