Bank Of Baku

Azərbaycanda dəmir yolu ilə sərnişindaşıma 28% azalıb

Azərbaycanda dəmir yolu ilə sərnişindaşıma 28% azalıb
# 25 noyabr 2011 11:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 17,9 mln. ton yük daşınıb ki, bu da ötən ilin analoji dövrünə nisbətən 2,8% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, orta hesabla sutkada 694 vaqon yüklənib, 477 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 30,9 min ton, Qərb istiqaməti üzrə 4,5 min ton və Cənub istiqaməti üzrə 3,4 min ton yüklənmə işi yerinə yetirilib.

Bununla yanaşı, hesabat dövründə dəmir yolu nəqliyyatında yük dövriyyəsi 6 413,7 mln. ton-km təşkil edib ki, bu da 2010-cu ilin ilk on ayı ilə müqayisədə 6,5% azdır.

Sözügedən nəqliyyat vasitəsilə sərnişindaşımasına gəldikdə isə, yanvar-oktyabr aylarında dəmir yolu nəqliyyatı ilə 2,917 mln. sərnişin daşınıb. Bu da ötən ilin analoji dövrünə nisbətən 28,4% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR