Bank Of Baku

Azərbaycanda «iPad»ın yerli analoqu buraxılıb

Azərbaycanda «iPad»ın yerli analoqu buraxılıb
# 25 noyabr 2011 13:13 (UTC +04:00)
Şirkətin baş direktoru Zaur Məmmədzadə «APA-Economics»ə açıqlamasında bildirib ki, «DocPad» adlanan yeni planşetlərin satışına bu ay başlanılıb.

Şirkət nümayəndələri «DocPad»ın faktiki olaraq «iPad»ın analoqu olduğunu, amma daha funksional və daha geniş imkanlara malik olduğunu bildirirlər. Belə ki, «iPad»dan fərqli olaraq, burada «WiMAX» əlaqəsi və USB portlar, eləcə də «CardReader» var. Şirkət nümayəndələrinin sözlərinə görə, bu üstünlüklər yeni qurğunu biznesmenlər üçün çox əlverişli edir. Bundan başqa, «DocPad»ın gələcək modellərində 3G modemin də yerləşdirilməsi nəzərdə tutulur.

«DocPad»ın «iPad»dan digər fərqi onun «Windows» platformasında çalışmasıdır. Səbəbi Azərbaycanda istehlakçıların çoxunun «Windows»da işləməyə öyrəşməsi ilə bağlıdır.

Yeni kompüter məhsulu bazara 599 manat qiyməti ilə çıxarılıb. Yerli bazarda rəqabət güclü olsa da, şirkət öz məhsulunun qiymətini aşağı salmaq niyyətində deyil: «Çünki göstəricilərə baxsanız, bizim məhsulumuz daha çox biznes istifadəçiləri üçün nəzərdə tutulub». Şirkət nümayəndələri əmindir ki, satışın səviyyəsi gözləniləndən yüksək olub və «NEXUS» belə məhsulların istehsalını davam etdirmək niyyətindədir.

«Ultra» şirkəti «DocPad» kompüterini xarici ölkələrə də ixrac etmək niyyətindədir: «Azpad» (beynəlxalq bazarda bu adla təqdim olunacaq) çox yeni və rəqabət qabiliyyətli məhsul olduğu üçün onun xarici bazarlarda da satış imkanlarını görürük və artıq xaricdəki tərəfdaşlarımıza təkliflərimizi göndərmişik».

Xatırladaq ki, «Ultra» şirkəti məhsullarını xarici bazarlara 2003-cü ildən çıxarmağa başlayıb. İndiyədək şirkətin məhsulları Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiya və İran bazarlarına ixrac edilib. Hazırda şirkətin istehsal etdiyi məhsulların 20%-dən çoxu ixrac edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR