Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, smartfon və 3G telefonları üçün «sür@» adlanan mobil internet paketi və kompüter və digər cihazlar vasitəsilə geniş zolaqlı mobil internetdən istifadə edənlər üçün limitsiz internet paketi təklif olunur.
«Bakcell»in eksklüziv dükanlarında abunəçilər mobil telefonların, kompüterlərin, data kartların, Mi-Fi modemlərinin və cihazlarının, planşetlərin ən geniş çeşidlərini əldə edə bilər.
Şirkətdən həmçinin bildirilib ki, hazırda «Bakcell»in 3G xidmətinə qoşulan abunəçilərin sayı sürətlə artmaqdadır.
Qeyd edək ki, «Bakcell» abunəçiləri 3G xidmətinə qoşulmaq üçün SMS vasitəsilə «3G» yazıb 3535 nömrəsinə göndərməlidir.
Mobil telefon və smartfon üçün «Smart» paketlərinin tarifləri:
| Trafik həcmi | Qiyməti | İstifadə müddəti |
Smart 1 | 40 MB | 1 AZN | 30 gün |
Smart 2 | 120 MB | 2 AZN | 30 gün |
Smart 3 | 360 MB | 3 AZN | 30 gün |
Planşet, modem, noutbuk və netbuk üçün «Limitsiz» paketlərin tarifləri:
| Qiyməti | İstifadə müddəti |
Limitsiz 1 | 2 AZN | 1 gün |
Limitsiz 2 | 12 AZN | 7 gün |
Limitsiz 3 | 22 AZN | 30 gün |