Bank Of Baku

İraq Azərbaycanın İKT sektoruna sərmayə yatırmaq niyyətindədir

İraq Azərbaycanın İKT sektoruna sərmayə yatırmaq niyyətindədir
# 25 noyabr 2011 16:18 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan-İraq arasındakı münasibətlərdən danışan Ə.Abbasov İraqın Azərbaycan dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu xatırladıb. Nazir bildirib ki, 1992-ci ildən İraqla qurulan diplomatik münasibətlər bir çox sahələrdə, o cümlədən rabitə sahəsində əməkdaşlıq əlaqələrinin formalaşmasına rəvac verib. Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar olduğunu qeyd edən nazir hazırda ticari, elmi, iqtisadi, texniki və mədəni sahələrdə qarşılıqlı əməkdaşlığın uğurla davam etdirildiyini bildirib. Ə.Abbasov gələcək perspektivdə İKT sahəsində də əlaqələrin genişləndirilməsinin məqsədəuyğun olduğunu qeyd edib.

Öz növbəsində A.M.Razi İraqın Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurulmasında maraqlı olduğunu bildirərək İraq şirkətlərinin Azərbaycanda bir çox sahələrə, o cümlədən İKT sektoruna investisiya yatırmaq imkanı olduğunu deyib.

Sonda İKT sektorunda əlaqələrin inkişafı, yerli şirkətlərin sektor üzrə investisiya yatırmaları üçün onların stimullaşdırılması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR