Bank Of Baku

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının həcmi artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının həcmi artıb
# 26 noyabr 2011 09:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda avtomobil nəqliyyatı ilə 90,2 mln. ton yük, 1,1 mlrd. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə yükdaşımanın həcmi ötən ilin analoji dövrünə nisbətən 9,7%, sərnişindaşımanın həcmi isə 8,5% artıb.

Hesabat dövründə sərnişinlərin 96,3%-i avtobus, 3,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Qeyd edək ki, cari ilin ilk on ayı ərzində yük dövriyyəsi 8,8%, sərnişin dövriyyəsi isə 9,6% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR