Bank Of Baku

Əli Abbasov ABŞ-ın Havay ştatının Nümayəndələr Palatasının üzvü ilə görüşüb

Əli Abbasov ABŞ-ın Havay ştatının Nümayəndələr Palatasının üzvü ilə görüşüb
# 26 noyabr 2011 10:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda səfərdə olan ABŞ-ın Havay ştatının Nümayəndələr Palatasının üzvü, xanım Rida Kabanilla ilə görüşüb.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycanda İKT sektorunda həyata keçirilən işlər, o cümlədən, «Elektron-hökumət» proqramı, Regional İnnovasiya Zonaları layihəsi, kosmik sənayenin yaradılması və ilk telekommunikasiya peykinin orbitə buraxılması istiqamətində həyata keçirilən işlər barədə geniş məlumat verilib, İKT sahəsində qarşılıqlı təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi kimi məsələlər müzakirə mövzusu olub.
ABŞ-la Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən Ə. Abbasov qeyd edib ki, Azərbaycanla Amerika həm də strateji tərəfdaşdır. Nazir son illər bu tərəfdaşlıq əlaqələrinin Azərbaycanda İKT sektorunun inkişafı fonunda daha da genişləndiyini bildirib. İKT sektorunda ABŞ-la sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayan nazir, bu ölkənin IT sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətlərinin Azərbaycanda ofislərinin olduğunu və yerli layihələrdə aktiv şəkildə iştirak etdiyini vurğulayıb.
Ə. Abbasov Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən kosmik sənayenin yaradılması istiqamətində Amerika təcrübəsinin mənimsənilməsinin, ABŞ-ın «Orbital Sciences» şirkəti ilə birbaşa əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Nazir İKT sahəsində əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin qarşılıqlı əlaqələrin inkişafı baxımından faydalı olacağını vurğulayıb.
Öz növbəsində, R. Kabanilla «Bakutel-2011» sərgi-konfransı çərçivəsində Azərbaycanda İKT sektorunda həyata keçirilən işlərlə yaxından tanış olduğunu və sektor üzrə əldə olunan nəticələri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
R. Kabanilla informasiya texnologiyaları və kommunikasiya xidmətləri sahələrində hökumət və ticari əlaqələri gücləndirmək niyyətini dəstəkləyib və bildirib ki, təcrübə mübadiləsi üçün hökumət, qeyri-hökumət, özəl sektor və elmi cəmiyyət təmsilçilərinin əməkdaşlığa cəlb olunmasının sektor üzrə əldə olunan nəticələrə müsbət təsir edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR