Bank Of Baku

Gələn ay Azərbaycan, İran və Rusiya dəmir yollarının nümayəndə heyətləri arasında görüş keçiriləcək

Gələn ay Azərbaycan, İran və Rusiya dəmir yollarının nümayəndə heyətləri arasında görüş keçiriləcək
# 28 noyabr 2011 10:00 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA-Economics. Rusiya və Azərbaycan İranın dəmir yolu layihəsinin həyata keçirilməsində əməkdaşlıq üçün hazır olduqlarını bildirib. “APA-Economics”in “FARS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran rəsmiləri məlumat verib.

”İran Dəmir Yolları”nın beynəlxalq işlər üzrə baş direktoru Abbas Nəzəri deyib ki, ilkin araşdırmaların başlanmasına dair beynəlxalq məsləhət şirkəti ilə müqavilə imzalanması barədə qərar qəbul etmək üçün gələn ay üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.

A.Nəzəri qeyd edib ki, dəmir yolunun uzunluğu 75 km olacaq. Layihənin ümumi xərcləri 400 mln. dollar dəyərində olacaq.

Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması Avropanı Rusiya, Azərbaycan, İran və Cənub-Şərqi Asiya ilə dəmir yolu vasitəsilə birləşdirəcək. İşlərin əksəriyyətini İran həyata keçirəcək, 35-40 mln. dollar dəyərində müəyyən işlərin isə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR