Bu həftə Azərbaycanda bir sıra yeni tariflər qüvvəyə minəcək
Eyni zamanda, «Azərbaycan Dəmir Yolları» QSC tərəfindən həyata keçirilən ölkədaxili sərnişindaşıma xidmətləri üzrə 2011-ci il yanvarın 31-də müəyyən edilmiş tariflərin qurumun maliyyə-təsərrüfat fəaliyyətinə təsiri, görülən işlər və nəticələrinə dair hesabat dinlənilib. Məlumat verilib ki, dəmiryolu nəqliyyatının modernləşdirilməsi çərçivəsində istismara müasir tipli vaqonlar buraxılıb, elektron bilet satışının tətbiqinə başlanıb. Xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Tarif Şurasının iclasında bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin tarifləri əhali qrupu üzrə 1 nəfər üçün ayda 30 qəpik, digər qruplar üzrə 1 kubmetr üçün 10 manat, tullantıların zərərsizləşdirilməsi tarifləri 1 kubmetr üçün 1,2 manat səviyyəsində təsdiq edilib. Şuranın müvafiq qərarı ilə bu sahədə istehlakçılara xidmətlərin müqavilə əsasında göstərilməsi tapşırılıb.
Yeni tariflərin tətbiqi bərk məişət tullantılarının idarə edilməsi sahəsində xidmət sferasının genişləndirilməsi, tullantıların yığılması və daşınması üçün konteynerlərin sayının və həcminin artırılması, əlavə xüsusi nəqliyyat vasitələrinin və mexanizmlərin alınmasına şərait yaradacaq.
Tarif Şurasının iclasında «Azəristiliktəchizat» ASC tərəfindən göstərilən isti su təchizatı və isitmə xidmətlərinin tarifləri də müəyyənləşdirilib. Belə ki, isti su tarifləri əhali qrupu üzrə 1 kubmetr üçün 40 qəpik və qeyri-əhali qrupu üzrə 1 kubmetr üçün 1,5 manat səviyyəsində təsdiq edilib. Sayğac quraşdırılmamış mənzillərdə isə 1 nəfər üçün isti su sərfinin aylıq norması 2 kubmetr səviyyəsində müəyyən olunub.
Bundan başqa, Tarif Şurasının qərarı ilə isitmə xidməti tarifləri 1 kv. metr yaşayış sahəsinə görə əhali qrupu üçün aylıq 15 qəpik, qeyri-əhali qrupu üzrə isə 1 kubmetr isidilən həcm üçün aylıq 25 qəpik və ya 1 Qkal enerji üçün 30 manat səviyyəsində təsdiq edilib. Tariflərin isidilən həcmə və istilik enerjisinə görə müəyyənləşdirilməsi bu sahədə nəzarət-ölçmə işlərinin daha dəqiq aparılmasına və sayğaclaşmanın stimullaşdırılmasına xidmət edəcək.
Bununla yanaşı, Şuranın qərarında sayğac quraşdırılmadığı hallarda istehlakçılarla hesablaşmaların istilik mövsümünün başlanması və başa çatması tarixləri xidmət göstərən subyekt tərəfindən Tarif Şurasına əvvəlcədən bildirilməklə, həmin tarixlərə uyğun olaraq istiliklə təmin edilən faktiki günlərin sayına görə aparılması və xidmətlərin müqavilə əsasında həyata keçirilməsi də öz əksini tapıb.
«Hazırda əhali üzrə isti su təchizatı xidmətləri təqribən 1 500 ailəni əhatə edir və «Azəristiliktəchizat» ASC tərəfindən göstərilən isti su təchizatı və isitmə xidmətləri üzrə gəlirlərin yalnız 10%-i əhali qrupu üzrə formalaşır. Bu baxımdan, tariflərin müəyyənləşdirilməsi «Azəristiliktəchizat» ASC-nin rentabelli fəaliyyətini təmin edəcək səviyyədə olmasa da, xidmətin davamlılığının və keyfiyyətinin artırılması ilə bağlı bir sıra zəruri işlərin görülməsinə imkan yaradacaq», - deyə Tarif Şurasının məlumatında bildirilir.
Tarif Şurasının iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən göstərilən radiotezliklərin ayrılması, qeydiyyatı və istismarı sahəsində xidmətlərin tarifləri ölkə ərazisindəki diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri üçün 12 dəfə endirilib.
İclasda həmçinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən göstərilən internet xidmətlərinin tariflərinə də baxılıb. Belə ki, ölkədə internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və tariflərin aşağı salınması tədbirlərinin davamı olaraq, Xidmət tərəfindən təqdim edilən mövcud internet tarifləri orta hesabla 7,1 dəfə azaldılıb.
İclasda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosunun mövcud ekspertiza xidmətlərinin tarifləri orta hesabla 5% aşağı salınıb, yeni xidmətlər üçün tariflər təsdiq edilib.
İclasda həmçinin, soba mazutu ilə müqayisədə təbii qazdan istifadənin ekoloji cəhətdən daha səmərəli olduğu nəzərə alınaraq, soba mazutunun ölkədaxili topdansatış qiymətinə baxılması barədə Azərbaycan Dövlət Neft Şirkətinin müraciəti müzakirə olunub və soba mazutunun topdansatış qiyməti təchizat xərcləri, əlavə dəyər və aksiz vergiləri də daxil olmaqla, bir ton üçün 140 manat səviyyəsində müəyyən edilib.
Yeni tariflər bu ilin dekabrın 1-dən qüvvəyə minəcək.
İnfrastruktur
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xəbər Lenti
Saatlıda 9 kq narkotik aşkarlanıb
Aİ "Google"u 890 milyon avro cərimələyib
Cəlilabadda 21 yaşlı oğlan hovuzda boğulub
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma olub, 2 nəfər ölüb
İraqın Baş naziri Tehrana səfər edib
Böyük Britaniyanın Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkətinin rəhbərliyinə təyinat olub
İmişlidə qəsdən yanğın törədən şəxs barəsində tədbir görülüb
Lənkəran penitensiar müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
ARDNF-in investisiya portfeli 9% artıb
NK azad edilmiş ərazilərdəki yaşayış sahələrinin ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə verilməsi qaydasını dörd aya təsdiqləyəcək
Azad edilmiş ərazilərdəki yaşayış sahələri ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə veriləcək
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşib
Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşib
Rubio: ABŞ üçün əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır
ABŞ dövlət katibi: Husilər İranın təsiri altında Səudiyyə Ərəbistanını hədəfə alırlar
İlhamə Novruzova Naxçıvan TV-nın sədr müavini vəzifəsindən azad edilib
Dövlət Neft Fondunun AÇG üzrə gəlirləri 4,4 mlrd. manata yaxın olub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
ARDNF qızıl satışını dayandırıb
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
ARDNF-nin Şahdəniz yatağından bu il əldə etdiyi gəlirlərin həcmi açıqlanıb
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənib
ABŞ dövlət katibi Səudiyyə Ərəbistanı ilə əldə olunmuş nüvə sazişinin əhəmiyyətindən danışıb
ARDNF-nin aktivlərinin həcmi açıqlanıb
Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapılıb
Altı ayda əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Rubio: İran razılaşma istəyir, ancaq bu razılaşmanın qiyməti anlaşma əldə olunana qədər hər gecə artacaq
Sabahın hava proqnozu
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəlib
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq
Pakistanda son sutkada güclü yağış və sel nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb
Media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edilib
Bank of Baku-da Azərbaycan Dili Günü – seminar təşkil edilib
Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək
Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb
Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib
Agentlik: Peşə təhsilinə bu il 28 mindən çox tələbənin qəbulu hədəflənir
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
Ukraynanın Voronejə PUA hücumu nəticəsində 3 yaşlı uşaq ölüb, valideynləri yaralanıb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib - YENİLƏNİB
DİN skuter və velosiped sürücülərinə müraciət edib
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Qızıl və gümüş ucuzlaşıb
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb