Bank Of Baku

Azərbaycan hökuməti elektron xidmətlərin göstərilməsi qaydalarını təsdiq edib

Azərbaycan hökuməti elektron xidmətlərin göstərilməsi qaydalarını təsdiq edib
# 28 noyabr 2011 10:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları» və «Elektron xidmət növlərinin Siyahısı»nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərarla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) bir ay ərzində elektron xidmətlər reyestrini formalaşdırmaq, mərkəzi icra hakimiyyəti orqanlarına isə iki ay müddətində göstərilən elektron xidmətlərin elektron xidmətlər reyestrində qeydə alınmasını təmin etmək, elektron xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Qaydalar mərkəzi icra hakimiyyəti orqanları tərəfindən fəaliyyətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və informasiya sistemləri vasitəsilə digər dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi ilə bağlı məsələləri tənzimləyir.

Qaydalar mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələrdə (ailə, qadın, uşaq problemləri, arxitektura və tikinti, dini qurumlarla iş, dövlət qulluğu, əmək və məşğulluq, əmlak münasibətləri, gömrük işi, hüquqi xidmətlər, hüquq mühafizə, idman və bədən tərbiyəsi, kənd təsərrüfatı, kommunal xidmətlər, konsulluq xidmətləri, qaçqınlar və məcburi köçkünlərlə iş, maliyyə, qiymətli kağızlar, audit, mədəniyyət, turizm, müdafiə, nəqliyyat, rabitə və informasiya texnologiyaları, səhiyyə, sənaye, ticarət, sosial müdafiə, sosial təminat, standartlaşdırma və metrologiya, statistika, təbii resurslar və ekologiya, təhsil və elm, torpaq və xəritəçəkmə, vergilər, vətəndaşlıq, miqrasiya) göstərilən xidmətləri əhatə edir.

Sənədə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları informasiya və interaktiv növ elektron xidmətlər göstərməlidir. Elektron xidmətlərin göstərilməsi zamanı «Elektron hökumət» dövlət informasiya sistemindən istifadə edilir.

Qaydalarda elektron xidmət istifadəçilərinin hüquqları, təminatçının hüquq və vəzifələri, elektron xidmətlər üzrə ödənişlər, reyestrin aparılması, elektron xidmətlərin təqdim olunması üsulları, elektron imzadan istifadə, elektron xidmətlərlə bağlı məsuliyyət və s. məsələlər də əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR