Bank Of Baku

«Əzizbəyov» körpüsü bu həftə açılacaq

«Əzizbəyov» körpüsü bu həftə açılacaq
# 28 noyabr 2011 12:40 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, noyabrın 25-də istifadəyə verilməsi nəzərdə tutulan körpüdə aparılan təmir işlərinin ləngiməsi hava şəraiti ilə bağlı olub: «Körpüdə aparılan əsas təmir işləri başa çatıb və hazırda yolun asfaltlanması işlərinə başlanılıb. İntensiv şəkildə aparılan işlər yaxın 2-3 günə başa çatacaq və körpü istifadəyə veriləcək».

Qeyd edək ki, Böyük Şor dairəsində, metronun «Məşədi Əzizbəyov» stansiyasının yanında «8-ci km» adlanan körpü noyabrın 4-də avtomobillərin hərəkəti üçün bağlanılıb. Körpünün bağlanmasının səbəbi Mikayıl Əliyev küçəsində yeraltı piyada keçidinin tikintisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR