Bank Of Baku

Bu gün Səbail rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Səbail rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 29 noyabr 2011 08:07 (UTC +04:00)
Bakı - APA-Economics. Bakının Səbail rayonunun Neftçilər prospektində (Funikulyorun yaxınlığında) aparılan tikinti işləri ilə əlaqədar magistral su xətlərinin köçürülməsi işləri həyata keçirilir. Bu barədə “APA-Economics”ə “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Azərsu” istehlakçıların nəzərinə çatdırır ki, bununla əlaqədar noyabrın 29-da gün ərzində Səbail rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR